Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
"İki sahil"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 100,29 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstəriciyə bərabərdir.
Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3,36 mln. barel olacaq (proqnoz dəyişməyib).
OPEC 2021-ci il üçün də indikatorlar üzrə göstəriciləri dəyişməyib. Hesabata əsasən, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub.
Xatırladaq ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb