“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands tviterdə yazıb.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovu Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Strategiyası Departamentində salamlayıram. Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniya üçün mühüm tərəfdaşdır. O, müttəfiq və dostlarımıza təbii qaz tədarüklərini şaxələndirməyə imkan yaradır”, - o bildirib.
Q.Handsin sözlərinə görə, görüşlər zamanı ona Azərbaycanın bərpa olunan enerjinin inkişafına sadiqliyi və iqlim məsələləri barədə məlumat verilib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb