15 iyun 2022 12:18
797

İsrail və Aİ Avropaya qaz tədarükü ilə bağlı müqavilə imzalayacaq

İsrail və Avropa İttifaqı çərşənbə günü İsrail təbii qazının Avropaya ixracına dair saziş imzalamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə yəhudi dövlətinin ordu radiosu məlumat yayıb. Radiostansiyanın məlumatına görə, sənədin imzalanması Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayenin İsrailə üç günlük səfərinin sonuncu günü, iyunun 15-i səhər saatlarına planlaşdırılıb.

“Maariv” qəzeti qeyd edir ki, İsrail Aİ üçün “yeni qaz mənbəyinə çevrilə bilər”, çünki “Avropa İttifaqı Rusiyadan [qaz tədarükü] asılılığını azaltmağa çalışır”.

Çərşənbə axşamı AK rəhbəri fəxri doktor adına layiq görüldüyü Negevdə (İsrailin cənubu) Ben Qurion Universitetində çıxış edərək bildirib ki, Aİ-nin hazırda Rusiya Federasiyası ilə münasibətlərində yaşadığı problemlər fonunda Avropa İttifaqı İsraillə enerji sektorunda əməkdaşlığı gücləndirməyə hazırdır.

O, əlavə edib ki, Moskvanın qaz məsələlərində mövqeyi Aİ-nin alternativ enerji mənbələri axtarmaq istəyini gücləndirir.