Böyük Britaniya şirkətləri Azərbaycana yeni investisiyalar yatırmağa maraq göstərirlər.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Londonda keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov deyib.
“Ötən 30 il ərzində iki ölkə arasında çox uğurlu əməkdaşlıq olub. Lakin bu dəfə Azərbaycanla Böyük Britaniya arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsi haqqında ümumi razılığa gəldik. Tərəflər arasında imzalanan protokolda enerji, bərpaolunan enerji mənbələri, iqtisadiyyatın rəqəmsallaşdırılması, təhsil, səhiyyə, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirlməsi haqqında ümumi qərar verdik”.
Həmçinin nazir son illərdə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu görən Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmək istədiklərini və bu sahədə əməkdaşlığın inkişafı üçün addımlar atılacağını bildirib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb