15 iyun 2022 21:05
771

Pərviz Şahbazov Şotlandiyanın "yaşıl" enerji təcrübəsi ilə tanış olub

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın liman şəhəri Aberdində olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Nazirlikdən məlumat verilib.

Məlumatda adeyilir ki, nazir dünyanın ən böyük üzən külək elektrik stansiyası -Kinkardinə baş çəkib. Suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşən 50 MVt gücə malik stansiyanın fəaliyyəti ilə tanış olub.

P.Şahbazov Şotlandiyanın "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə də görüşüb. Görüşdə neft-qaz məkanı kimi Şotlandiyanın enerjidə inkişaf yolu nəzərdən keçirilib, enerji keçidinə dair məsələlər müzakirə edilib.

Nazir, həmçinin Aberdində keçirilən Enerji İxracı Konfransı çərçivəsində təşkil olunmuş bərpa olunan enerji üzrə sərgiyə də baxış keçirib.