Bank-maliyyə sektoru son onillikdə böyük transformasiya keçib.
“İki sahil” xəbər verir ki, bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, ünsiyyətin məhdudlaşdırılmasına səbəb olan pandemiya burda əsas rol oynayıb, insanların bank xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün rəqəmsal platformalara keçid prosesini sürətləndirib. 2022-ci ildə də bu proses davam edir və qlobal miqyasda bankçılıq yeni dövrə keçir.
Onun sözlərinə görə, cari ilin ilk dörd ayında ölkədə bank hesabları üzərindən ödənişlərin 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən bu aktivliyin 7% artması deməkdir.
Zakir Nuriyev əlavə edib ki, pandemiyadan əvvəl Azərbaycanda bir il ərzində 2019-cü ildə aparılan nağdsız əməliyyatların həcmi 4.5 milyard manat təşkil edirdisə, artıq cari ilin 4 ayında bu rəqəm 6 milyard manata çatıb.
2022-ci ilin yanvar-aprel aylarında ölkədaxili kartlarla aparılan əməliyyatların say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız hesablamaların payına düşüb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb