"Sanksiyalara baxmayaraq Rusiya ilə Azərbaycan bankları tərəfindən kifayət qədər aktiv şəkildə hesablaşmalar həyata keçirilir və onların həyata keçirilməsində hansısa ləngimələr yoxdur".
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Zakir Nuriyev bildirib ki, hazırda Azərbaycan bankları öz müştərilərinə zəruri olan hesablamaları tam həyata keçirir və bu sahədə hər hansı problem yoxdur.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb