Azərbaycanda bankların depozit portfelinin 66.5%-ni hüquqi şəxslərin depozitləri təşkil edir.
"İki sahil" Azərbaycan Mərkəzi Bankının “Maliyə sabitliyi “ hesabatına istinadən xəbər verir ki, bütövlükdə, hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 53.5%-dir. İl ərzində hüquqi şəxslərin depozitləri 41.2% (5.22 mlrd manat) artaraq 17.9 mlrd manat təşkil edib.
Bu artımın 99.7%-i tələbli depozitlərin artımı hesabınadır (5.21 mlrd manat artım). Hüquqi şəxslərin depozitlərinin 88.5%-i (15.9 mlrd manat) tələbli depozitlər hesabına formalaşıb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb