“Rusiyanın Bolqarıstana ixrac etdiyi qazı dayandırması nəticəsində mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycana xalqına və hökumətinə çox minnətdarıq ki, bu mürəkkəb vəziyyətdə enerji resursları ilə bağlı bizə dəstək verdi”.
“İki sahil” xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda paneldə Bolqarıstanın sabiq Prezidenti (2012-2017-ci illər) Rosen Plevneliyev bildirib.
O deyib ki, bu ilin sonuna qədər Avropada Rusiya qazından asılılığın 50 faizə qədər azaldılması nəzərdə tutulur:
“Lakin Rusiya və Çin arasında yeni qaz kəməri tikilməkdədir. Hindistan da Rusiyadan enerji resurslarının alınmasını artırıb. Bununla belə, Rusiya üçün Çin və Hindistan Avropanı əvəzləyə bilməz”.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb