Ölkəmizdə son 4 ildə aparılan ardıcıl köklü sosial islahatların mühüm bir istiqaməti də əməkhaqlarının artırılması olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, həmin dövrdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 41% artaraq 768 manata, median əməkhaqqı 85% artaraq 410 manata çatıb.
Minimum əməkhaqqının və median əməkhaqqının orta aylıq əməkhaqqına nisbətləri müvafiq olaraq 24%-dən 40%-ə və 41%-dən 53%-ə yüksəlib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb