Bu ilin yanvar-may aylarında Azərbaycan 143 498,07 min ABŞ dolları dəyərində 245 287,07 ton neft məhsulları ixrac edib.
"Iki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 37,8%, həcmi isə 2,2 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb