Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 539,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 3,1% çoxdur.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi, ötən il 10 188,2 mln. kVt-saat təşkil edib (+2,8%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjisinin 9 399,9 mln. kVt-saatı istilik (+2,1%), 747,3 mln. kVt-saatı su elektrik (+16,4%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).
Ötən il ölkədə istehsal edilən elektrik enerjisinin 23 776,4 mln. kVt-saatı istilik (+7,9%), 1 243,9 mln. kVt-saatı su elektrik (+19,8%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyaları ilə təmin edilib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb