Bu ilin yanvar-may aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 16,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 55,4% azdır.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 24,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+23%).
Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır. 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb