17 iyun 2022 19:57
881

İşsizlikdən sığorta fondunun büdcəsi artırılır

İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000,0 manat artırılır.

“İki sahil” xəbər verir ki,   bu, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərclərinin 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması təklif olunur.