Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat təşkil edib.
"İki sahil" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.
"Bu dövrdə ixrac 538,4 milyon kVt/saat, idxal isə 60,5 milyon kVt/saat olub.Yanvar- may aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib", - nazir qeyd edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb