İran və Azərbaycan arasında Xəzər dənizində gəmiçilik xətti ilə yükdaşımada artım müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bunu İranın Xəzər Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.
D.Təftinin sözlərinə görə, ötən ilin martından bu ilin eyni dövrünə qədər İran və Azərbaycan arasında yükdaşıma 4 530 tona yaxın olub. Halbuki bu rəqəm 20 mart 2020 - 20 mart 2021-ci ildə 1 089 ton təşkil edib.
Daşınan yüklər əsasən lift, qalvaniz metal listlər və polietilen maddələr, ağac materiallar olub.
Yükdaşıma əsasən İranın Astara və Əmirabad limanları ilə Azərbaycanın Hövsan və Ələt limanları arasında həyata keçirilir.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb