24 iyun 2022 14:21
1013

YAP Qobustan rayon təşkilatında konfrans keçirilib - FOTO

YAP Qobustan rayon təşkilatının təşkilatçılığı ilə Ali Sovetin Sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əlaqədar konfrans keçirilmişdir.

“İki sahil” xəbər verir ki, konfransın əvvəlində Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəal üzvlərindən Qadir Əkbərov, Abuzər Qarayev, Sədaqət Məhərrəmova və Zaur Cəfərov çıxış etmişlər.