Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə "Şəmkir avtovağzalı"nın qarşısında qeydə alınıb. Gəncə-Balçılı xətti üzrə işləyən "Mercedes" markalı, 36 saylı sərnişin mikroavtobusu ilə "QAZ-24" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki avtomobillə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.