06 iyul 2022 01:43
794

Şəhid kapitan Əbülfəz Rəhmətovun xatirəsi anılıb - FOTO

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, hüquq-mühafizə orqanları,ictimaiyyət nümayəndələri, şəhidin atasının tələbə yoldaşları ilə birlikdə Vətən müharibəsi şəhidi kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun  məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, şəhid Rəhmətov Əbülfəz Hüseynverdi oğlu 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur.Şəhid Əbülfəz Rəhmətov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda”, “İgidliyə görə”, ”Cəbrayılın azad olunmasına “medalları ilə təltif edilib.