Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunan, dağılmış vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən abidənin bərpası işlərinə start verilib:
“Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər