06 iyul 2022 19:33
676

Milli Məclisin deputatı Naqif Həmzəyev vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə millət vəkili Naqif Həmzəyev vətəndaşları fərdi və kollektiv formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Vətəndaşlar tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Naqif Həmzəyev görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır. Bir neçə məsələ yerindəcə həllini tapıb.