06 iyul 2022 17:28
816

Abşeronda meşəlik ərazi yanır - FOTO

Abşeron rayonunda meşəlik ərazi yanır.

“İki sahil” xəbər verir ki, Goradil qəsəbəsində, Samur-Abşeron kanalının sahilində yerləşən meşəlik ərazidə ağaclıq ərazi və kol-kos yanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.