Ağdam rayonunda Mərkəzi Qan Bankı, Ağdam Rayon İcra Hakimiyyəti, YAP Ağdam rayon təşkilatı və "MKT İK" MMC-nin Ağdam filialının birgə təşkilatşlığı ilə "MKT İK" MMC-nin Ağdam filialında talassemiyalı uşaqlar üçün qanvermə aksiyası həyata keçirildi.
“İki sahil” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə, rayon ictimaiyyətinin nümayəndələri,partiya fəalları və idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Qanvermə aksiyasına rayonun ictimaiyyət nümayəndələri, könüllülər qoşularaq dəstək verdilər və yaxından iştirak etdilər.