07 iyul 2022 12:52
1307

YAP Daşkəsən rayon təşkilatı Qurban Bayramı münasibətilə bir qrup qazi və şəhid ailələri ilə görüş keçirib - FOTO

İyulun 7-də YAP Daşkəsən rayon təşkilatı Aparatının işçiləri bir qrup qazi və şəhid ailələri ilə görüş keçirdi.

“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərin məzarları ziyarət olundu, sonra onların yaşadıqları mənzillərə gələrək Qurban Bayramları təbrik olundu və onlara bayram sovqatı təqdim olundu.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və əməkdaşı Elvin Əliyev iştirak etdi.