07 iyul 2022 19:48
712

Cəlilabadda şəhid Elçin Ağayevin doğum günündə xatirəsi anılıb - FOTO

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 7 iyu1 2022-ci il tarixdə Cəlilabad rayon Günəşli kəndində şəhid Ağayev Elçin Zakir oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, mərasim iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.