07 iyul 2022 23:00
878

Şəhidlərin doğum günündə xatirələri anılıb - FOTO

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı, 1 saylı şəhər ərazi partiya təşkilatının sədri Bəhruz Qafarov və Rayon İcra Hakimiyyəti Başcısının Amankənd kənd İƏD üzrə nümayəndəsi Əlövsət Hüseynov I Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Amankənd  kəndindən olan şəhid Əliyev İqbal Eldar oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib və ruhuna dualar oxunub.

“İki sahil” xəbər verir ki, daha sonra Rayonun Əsgərabad kəndindən olan II Qarabağ müharibəsi şəhidi Əliyev Turan Sulduz oğlunun  doğum günü münasibəti ilə əlaqədar ailəsi  ziyarət olunub.

Ziyarət zamanı şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Daha sonra YAP Rayon təşkilatının Əsgərəbad kənd ƏPT sədri Mirəşrəf Mirsultanov və Əsgərabad kəndindən olan şəhid valideyinlərinin iştirakı ilə şəhidin  məzarı  ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Əliyev Turan Sulduz oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Xocavəndin   azad olunmasına görə”  və “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!