“Vaqif Poeziya Günləri”nin rəsmi açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, açılış mərasimi Heydər Əliyev Fondunun Molla Pənah Vaqifin Şuşada bərpa etdiyi muzey-məqbərə kompleksinin qarşısında baş tutub.
Öncə “Vaqif Poeziya Günləri”nin tarixini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edib:
Daha sonra “İgidlərin sözü” kompozisiyasında qazi şairlərin muğamın müşayiəti ilə çıxışları olub.
Görkəmli şairlərin “Odlar yurdum Azərbaycan” vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib.
Bədii proqram tədbirdə iştirak edən şairlərin öz şeirlərini səsləndirməsi ilə yekunlaşıb.