19 iyul 2022 14:20
691

Şəhidin oğlunun doğum günü qeyd edilib FOTO

YAP Binəqədi rayon təşkilatında şəhid Kəlbiyev Telman Yadigar oğlunun ailəsi ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Kəlbiyev Telman Yadigar oğlunun övladının 10 yaşı tamam olması münasibətilə doğum günü qeyd edilmişdir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhid övladı Elcan Kəlbiyevin doğum günü münasibətilə təbrik etmiş və dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.

Şəhid övladlarına ataları Telman Kəlbiyevin qəhrəmanlığından söhbət açan Vüsar İsmayılov şəhidlərimizlə Azərbaycan xalqının fəxr etdiyini bildirmiş və şəhidin övladlarına gələcək həyatlarında uğurlar arzulamışdır. Allah bütün şəhidlərimizə rəhmət,qazilərimizə şəfa versin.