Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkəmizin hər yerində olduğu kimi Goranboy rayonunda da diqqət mərkəzində saxlanılır.
“İki sahil” xəbər verir ki, Goranboy rayonunun Kəhrizli kəndindən olan Vətən müharibəsi qazisi Yusubov Vüsal Sübhan oğlu Mərkəzi Hərbi Klinik hospitalında müalicə olunaraq evinə dönüb. 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov qazimizi və ailəsini ziyarət edib, onun səhhəti ilə yaxından maraqlanıb, mövcud problemlərinin həlli istiqamətində müvafiq köməklik olunub. Ziyarətdə deputatla yanaşı rayon ağsaqqalları və ziyalıları da iştirak edib.
Vüsal Yusubov və ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur