19 iyul 2022 14:38
731

Ceyhun Bayramov NATO Baş katibi ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.