Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində (TAM) və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
“İki sahil” xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ş. Bağırov Ticarətin Asanalaşdırılması Mərkəzində gömrük əməliyyatlarının və tətbiq olunan digər xidmətlərin icrası proseslərini izləyib, işlərin daha da intensivləşdirilməsi, yubadılmalara yol verilməməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, yük nəqliyyat vasitələrinin sürücüləri ilə görüşərək onların fikir və rəylərini dinləyib.
Daha sonra “Qırmızı Körpü” gömrük postunda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Ş. Bağırov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının daha da asanlaşdırılması və təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, xüsusilə beynəlxlaq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Naxçıvanda şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95 faizə yüksəlib
Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib