10 avqust 2022 22:37
689

 Lerikdə qəbul: 153 vətəndaş dinlənilib FOTO

Lerik  rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov icra hakimiyyətinin inzibati binasında keçirilən növbəti qəbuldə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 153  vətəndaşı dinlənilib.

Onların arasında olan şəhid ailələri, Vətən uğrunda sağlamlığını qoyan döyüşçülər və müharibə iştirakçıları  bir qayda olaraq  növbədənkənar qəbul edildi. Başçının qapısını açanların hamısı da buraya böyük inamla gəlmişdi. Onların  müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, ev tikintisi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.

Hər bir kəsə həssas münasibət  göstərən  icra  başçısı Əkbər  Abbasov vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin araşdırılması, icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi, eləcə  də onların həyata keçirməsini  nəzarətə götürdü.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü