Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov 6-9 avqust 2022-ci il tarixlərdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış rayonun Pirəyir kəndindən Mustafayev Siyasət Akif oğlunun, Ağzıbir kəndindən İbrahimxəlilov Soyxan Eldəniz oğlunun, Ağcayazı kəndindən Səlimov Ramil Raqif oğlunun, Ağdaş şəhərindən İsmiyev Emil Elman oğlunun ailə üzvləri və Vətən müharibəsi qazisi, Ağdaş şəhər sakini Xəlilli Nizami Zahir oğlu ilə görüşüb.
“İki sahil” xəbər verir ki, onların qayğıları ilə maraqlanan millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağını, həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.
Görüşlər zamanı onların keçmiş olduqları döyüş yolu və göstərdikləri igidliklər haqqında qazi və şəhidlərin ailə üzvləri ilə söhbətlər edilmişdir. YAP İdarə Heyətinin üzvü vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib. Qeyd edilib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, onların rəhbərliyi ilə dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunur.
Şəhid ailələrinin üzvləri və qazimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Naxçıvanda şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95 faizə yüksəlib
Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib