12 avqust 2022 04:10
1042

Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib FOTO

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı  kənd sakini Tağıyev Elzamin Eyvaz  oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.

“İki sahil” xəbər verir ki,  tədbirdə Xocavənd rayon İcra Hakimyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının aparat işçiləri, güc strukturlarının rəhbərləri, idarə müəssisələr və rayon ictimaiyyəti öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi. Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir.    

Şəhidin atası Eyvaz Tağıyev  övladının qəhrəmanlığı ilə fəxr etdiyini  bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunmuşdur.

Xatırladaq ki, Tağıyev Elzamin Eyvaz oğlu  2020-ci il tarixdə Şuşa uğrunda  gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!