Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirdi.
Əzəli, əbədi yurd yerimiz olan Qarabağ torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı vətəndaşları salamlayıb dedi:- Yerlərdə vətəndaşlarla birbaşa dialoqa girməkdə məqsəd insanların ümumi və şəxsi problemlərini öz dilindən eşitmək, onların həlli istiqamətində operativ nəticəyə gəlməkdən ibarətdir. İnsan amili sosial dövlətin ana sütununu təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, onlar dərindən təhlil olunur, həlli üçün uyğun mexanizmlər və təklif irəli sürülür. Bir də əhalinin həssas təbəqələrinə qarşı dövlət hər zaman diqqət göstərir, xüsusilə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətdə saxlayır.
Ənənəvi olaraq səyyar qəbul-görüşlərdə sözügedən kateqoriyadan olan vətəndaşları birbaşa dinləyən T. Qaraşov onların qaldırdıqları və İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verdi, eləcə İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verməsini tapşırdı.
Sütəmurdov kəndinin əhalisi onlar tərəfində qəbul-görüşdə qaldıran bir çox məsələlərin yerində həllinə görə icra başçısına razılığını bildirdilər, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərə ürəkdən sevindiyini dilə gətirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü