11 avqust 2022 22:30
830

Lerik rayonunda vətəndaşların problemləri həll edilir FOTO

Lerik rayonunda Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Dəstər, Hamarat, Bradi və Dzdipok kəndlərini birləşdirir. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun növbəti səyyar qəbil-görüşü bu ərazidə oldu.  İcra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərin iştirak etdiyi qəbul-görüşdə əvvəlcə ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək  ərazidə görülmüş işlər barədə  ətraflı danışdılar.

Sonra icra başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi: “Cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar qəbul-görüşlərin qrafikinə uyğun olaraq bu gün sizinlə görüşürük. Əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə geniş miqyaslı  tikinti, quruculuq-abadlıq işləri  görülür, əhalinin rifah halının daim yaxşılaşması üçün  geniş həcmli layihələr həyata keçirilir, eləcə də Vətən müharibəsində qazanılan Zəfərdə qəhrəmanlı  salnaməsi yazan şəhid və qazi ailələrinə dövlət tərəfindən  böyük dəstək olunur.”

Səyyar qəbul-görüşdə vətəndaşların  irəli sürdüyü təklif və problemlər  ayrı-ayrılıqda dinlənildi, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd alındı və müvafiq qurumlara tapşırıqlar verildi.

İcra başçısı Əkbər Abbasov Piran, Hovil və Vov kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış  Vidadi Cəbrayıl oğlu Cabbarovun,  İmaməli Elman oğlu  İbrahimovun, Samir Əlizadə oğlu Hüseynovun xatirəsinə inşa edilmiş bulaq komplekslərini ziyarət etdi və gül dəstələri düzdü.

 Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü