12 avqust 2022 23:49
776

Sağlamlıq imkanı məhdud olan 2 nəfər əlil arabas ilə təmin edilib FOTO

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşəbbüsü ilə sağlamlıq imkanları məhdud olan 2 nəfər şəxs faktiki yaşadıqları ünvanlarda əlil arabaları ilə təmin edilib.

“İki sahil” xəbər verir ki,  əlil arabaları Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi və köməkliyi ilə ehtiyaclı ünvanlara çatdırılıb.

Arabalarla təmin olunan sağlamlıq imkanları məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişdilər.

Onlar Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi və köməkliyi ilə həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək, minnətdarlıqlarını ifadə etmişdir.