13 avqust 2022 16:44
752

Haqqa yüksələn səs

Masallı Tarix Diyarşünaslıq Muzeyində   keçirilən  növbəti   “Haqqa yüksələn səs” mövzusunda tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illik  yubileyinə həsr edilmişdi.

Mədəniyyət nümayəndələrin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı  nümayəndəliyinin gənclərin qatıldığı tədbir Vətən uğrunda haqq savaşımızda  şəhidlik zirvəsinə ucalan  qəhrəmanların, Azərbaycanın inkişafında müstəsna rolu olmuş ictimai xadimlərin, eləcə repressiya qurbanların  xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan  Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva  bildirdi ki, Azərbaycanın İstiqlal şairi, xeyriyyəçi, ictimai xadim və Vətəninə əsgər olmağı bacaran  Əhməd Cavadın  ömrü və yaradıcılığı bütün zamanlarda gənclərə örnək ola biləcək, milli şüur, vətənpərvərlik və onların tərbiyəsində əvəzsiz xəzinə kimi həmişəyaşardır.

Muzeyin əməkdaşı  Ç. Qurbanovun  Əhməd Cavadın həyat və yaradıcılığı barədə geniş məruzəsi dinlənildi. .Muzeyin elmi-işçisi  D. Məmmədova isə  bu daha şəxsiyyətin ictimai xadim kimi yaşadığı dövrdə göstərdiyi siyasi xidmətlərdən danışdı.

Tədbirin sonunda  söz musiqiyə verildi. Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar sazda ifa edildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü