Masallı rayonunda “Şuşa ili” nə həsr olunmuş yadda qalan tədbirlərdən birisi bu günlərdə Tarix-Diyarşünaslıq Muzeyində baş tutdu. “Şuşanın tarixi-maddi mənəvi dəyərləri“ adlan tədbir iştirakçıları mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin üzvləri idilər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva Qarabağın tacı olan, müqəddəs məkan Şuşaya səfər zamanı bu qədim, zəngin tarixi, özünəməxsusluğunu qoruyub saxlayan, böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmış şəhərdə gördükləri barədə ətraflı danışdı. Şuşa şəhərinin tarixi abidələri və tanınmış şəxsiyyətləri ilə bağlı muzeyin əməkdaşı Sevinc Əliyeva məruzə etdi, mədəniyyət işçisi Lətafət Əlirzayeva Azərbaycanın Mədəniyyət Paytaxtı, dilbər guşəmiz Şuşada aparılan bərpa işlərdən və orada keçirilən dünya əhəmiyyətli mədəni tədbirlərdən danışdı.
Yekunda tədbirə qatılanlar muzeyin” Şuşa ili “ nə həsr olunmuş foto sərgisinə baxış keçirtdilər.
Zəfər Orucoğlu,
Azərbaycanın Jurnalistlər Birliyinin üzvü