13 avqust 2022 21:14
791

Deputat Müşfiq Məmmədli Xızıda seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb.

"İki sahil" xəbər verir ki, Altıağac kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov, həmçinin, rayon idarə rəhbərləri iştirak ediblər. Sakinlər onları narahat edən mövzularla bağlı müraciət ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.

Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.