15 avqust 2022 21:06
761

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub FOTO

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

“İki sahil” xəbər verir ki,   yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.