Masallıda Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin doğum günündə xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.