18 avqust 2022 00:12
726

Vətəndaşların problemləri həllini tapır FOTO

Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov fəaliyyətə başladığı gündən çox vətəndaşın problemi həllini tapıb.

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında   növbəti dəfə  isə icra başçısı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 117 vətəndaşı, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarını  qəbul etdi. Qaldıran məsələlərin bir qışımı  yoluna qoyulub. Vətəndaşlar tərəfindən irəli sürülən bəzi  müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi və icrası nəzarətə götürülüb.

Rayon sakinləri müraciətlərinə baxılması ilə bağlı  əlverişli və rahat şəraitin yaradılması üçün   başçıya  razılığını bildirdilər.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü