18 avqust 2022 10:57
695

Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib FOTO

Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənovun növbəti  vətəndaş qəbulu keçirilib.

“İki sahil” xəbər verir ki,  qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və bəzilərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.

Qəbul zamanı İH başçısı Vaqif Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq biz də yerlərdə vətəndaşlarımızın sosial –məişət məsələlərinə diqqətlə yanaşmağa çalışırıq. Məqsəd insanların məmnunluğunu yüksəltmək və onlarda inkişaf edən ölkəmizin işıqlı gələcəyinə inamı daha da artırmaqdır.