19 avqust 2022 23:35
639

Şəhidin xatirəsi yad edilib FOTO

YAP Cəlilabad  rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları 19 avqust 2022-ci il tarixdə Cəlilabad rayon Bəcirəvan kəndində şəhid Şərifov Mirnağı Qasım oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

“İki sahil” xəbər verir ki,  daha sonra  tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.