19 avqust 2022 23:47
656

Masallıda idmançılarla görüş FOTO

Masallı idmançıları öz uğurlu çıxışları ilə dünyada yaxşı tanınırlar. Rayonun güləşçilər müxtəlif Beynəlxalq yarışlarda yalnız qızıl medallarla doğma Vətəninə qayıdırlar. Bu günlər  Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Araz Əhmədov  həmin idmançıların bir qrupunu-  Ruzanna Məmmədova, Rəşid Rəşidli,  Bəhruz  Mirzəyev, Zəfər Əliyev  və  Əmrah  Əmrahovla   görüşdü.  İcra başçısı ilə birgə  rayon icra hakimiyyətin  məsul şəxslərin, Gənclər və İdman İdarəsinin əməkdaşların, idman ustaların,  qalib adını alan gənc idmançılarin, valideynlərin, eləcə KİV nümayəndələrin qatıldığı görüş Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutdu.

İcra başçısı gənc idmançıları qazandıqları qələbələr münasibətilə  ürəkdən təbrik edib dedi:-   Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana, eləcə  idmançılara böyük diqqət və qayğı göstərilir.  Bu sahədə rayonumuzda da görülən  işlərin müsbətə layiq nəticələri tam şəkildə görünür.    Masallıda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən  idman sahəsi gündən-günə inkişaf edir. Bu gün Masallı gəncləri idman sahəsində  yüksək  uğurlara nail olur, onlar  qələbələri ilə dünyaya səs salır. 

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən əvəzsiz  qayğıya görə  dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlıq etdilər, qazandığı  qələbələri sayəsində Azərbaycanın şərəfini həmişə uca tutmağa  söz verdilər .

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü