Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti tədbir Ağstafa rayonunda keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, layihənin rəhbəri, Ağstafa RİH yanında “İctimai Şura”nın üzvləri, qazilər, müharibə iştirakçıları, yeniyetmələr, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran Müzəffər Ordumuzun mərd əsgərləri ilə fəxr etdiklərini bildiriblər.
Daha sonra iştirakçılar əsgərlərimizə məktublar yazaraq onlara ürək sözlərini, xoş arzularını çatdıırblar.
Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq
XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir