20 avqust 2022 13:03
609

Ətçəkən maşının içərisindən narkotik çıxdı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Röya Hüseynov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.