Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış kapitan Elnur Cəbrayılovun Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunub.
“İki sahil” xəbər merir ki, sonra Göygöl şəhərində şəhid Elnur Cəbrayılovun xatirəsinə inşa olunmuş bulağın açılışı olub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətən övladlarının qəhrəmanlıqları hesabına torpaqlarımızın azad olunduğunu vurğulayaraq, Elnur Cəbrayılovun döyüş yolundan söhbət açıb, xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin gələcək nəsillərə örnək olduğunu və daim ehtiramla anıldığını, şəhid ailələrinin ən yüksək diqqətə layiq olmaqla, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək, şəhidlərin xatirələrini əziz tutaraq ehtiramla yad etdikləri və şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdıqları üçün Göygöl rayon İcra Hakimiyyətinin başçısına və rayon ictimaiyyətinə minnətdarlıq ifadə edib, ölkə rəhbəri Prezident İlham Əliyevin müdrikliyindən, qətiyyətindən, dövlətimizin qüdrətindən, xalqımızın mətinliyindən söhbət açaraq, insanların ən yüksək səviyyədə yaşaması üçün həyata keçirilən tədbirlərdən danışıb. Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq
XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir