20 avqust 2022 16:45
609

 COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 395 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, “buster” doza ilə peyvənd olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 122 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 847 min 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 371 min 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 860 min 969 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 356 min 882, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 min 906 nəfərdir.